Gömrük tarix muzeyi

               
                   

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz” kəlamı böyük bir həqiqəti ifadə etməklə bərabər xalqımızın yeni-yeni nəsillərini malik olduğumuz misilsiz milli–mədəni sərvətlərimizi qorumağa çağırır.

 

Müstəqil Azərbaycan Respublikasının gömrük xidməti öz fəaliyyətində ölkənin iqtisadi suverenliyinin keşiyində durmaqla yanaşı, milli-mənəvi və dini dəyərlərin, mədəni sərvətlərin qorunmasına, qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına, respublika ərazisindən tranzit ölkə kimi istifadə edərək qeyri-qanuni yollarla beynəlxalq dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır.Bununla da, milli gömrük orqanlarımız Azərbaycan və dünya xalqlarının mədəniyyətinin təcəssümü olan sənət nümunələrinin qorunması üçün öz səylərini əsirgəmir.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 23 mart 2006–cı il tarixli 034 saylı əmrə əsasən yaradılmış Gömrük Tarixi Muzeyi zamanın tələbi, gömrük əməkdaşlarının fəaliyyətinin əyani nəticəsidir və bu muzey ölkəmizdə fəaliyyət göstərən 200-dək müxtəlif təyinatlı muzeylər sırasında öz yeri, mövqeyi ilə fərqlənir.Dövlət Gömrük Komitəsinin 15 illiyi ərəfəsində Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Gömrük Tarixi  Muzeyinin yaradılması üzrə işlərə yekun vuruldu. Ümumdünya Gömrük Təşkilatına  Azərbaycan Respublikası  artıq 1992-ci  ilin iyun ayından üzv seçilmişdir.Gömrük Tarixi Muzeyi  isə2008-ci ilin sentyabr ayından Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (İACM) üzvüdür. Gömrük Tarixi Muzeyi, həmçinin 2008-ci ildə Milli Muzeylər Şurasına üzv seçilməklə Azərbaycanın muzeyləri "ailəsinə" daxil olmuşdur.

 

Muzeyin kolleksiyasıyasının böyük hissəsini gömrük əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə orqanları tərəfindən müsadirə edilən elmi, tarixi və bədii əhəmiyyət kəsb edən  mədəni  sərvətlər təşkil edir. Bu sənət nümunələrinin böyük bir qismi zaman-zamannövündən, təyinatından asılı olaraq Bakıda fəaliyyət göstərən muzeylərə, elmi institutlara, həmçinin məxsus olduğu ölkənin dini qurumlarına, kilsə və məscidlərə təhvil verilmişdir.

 

Muzeyin fəaliyyət dairəsi olduqca əhatəlidir: kolleksiyanın bölmələrini əks etdirən daimi ekspozisiyası, fondu, kitabxanası, arxivi mövcuddur. Mövzu və region baxımından əhatəli muzey toplusunu əsasən gömrük tarixini əks etdirən sənədlər, fotolar, həmçinin ən qədim dövrlərdən başlayaraq son yüzilliyə qədər böyük bir zaman kəsiyində müxtəlif sənətkarlar tərəfindən yaradılmış ecazkar sənət əsərləri təşkil edir.

600-dən artıq eksponata malik  muzeyin unikallığı ondadır ki, burada  yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid Quran və İncil nüsxələri, ikonlar, müxtəlif  dinlərə məxsus  əşyalar toplanmışdır.

 

Gömrüyün inkişaf tarixinin və fəaliyyətinin başlıca istiqamətləri  nəşr edilmiş “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik”, “Azərbaycan gömrüyü 20 il–xronoloji reportaj” və digər, kitablarında, “Gömrük muzeyinin xəzinəsi poçt markalarında” toplusunda, həmçinin sənədli filmlər toplusunda – “Azərbaycan gömrüyü  mədəni irsin keşiyində” adlı kompakt diskdə öz əksini tapmışdır.

 

Azərbaycanın Ümummilli lideri Heydər Əliyev gömrük sisteminin ən mühüm vəzifələrindən biri kimi dünya təcrübəsinin öyrənilməsini, inkişaf etmiş ölkələrin gömrük xidmətləri ilə yaxın münasibətlərin qurulmasını və onların təcrübəsinin mənimsənilməsini, gömrük qulluqçusu peşəsinin yenidən dərk edilməsini və onun inkişaf etdirilməsini vacib sayırdı.

 

Mədəni sərvətlərin mühafizəsinə istiqamətlənmiş mübarizədə Azərbaycan Respublikasının gömrük xidməti bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmiz “Mədəni sərvətlərin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onlar üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında konvensiyaya” və analoji sənəd və razılaşmalara qoşulmuşdur.  Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri ən yüksək səviyyədə icra edir. Gömrük Tarixi Muzeyi də öz növbəsində fəaliyyətini ənənəvi müzeyşünaslıq və günün aktual tələblərinə cavab verə biləcək səviyyədə qurur, xarici ölkə muzeylərindən, o cümlədən gömrük muzeylərinin iş təcrübəsindən bəhrələnərək öz kolleksiyasının təbliğat işini müvəffəqiyyətlə həyata keçirir.

 

Davamlı olaraq uğurlara imza atan, incəsənətə çox böyük həssaslıqla yanaşan, onların mühafizəsinə önəm verən Dövlət Gömrük Komitəsi, o cümlədən Gömrük Tarixi Muzeyi və onun filialı ilbəil yeni vüsətlə təkamül yolundadır və bu barədə çox böyük fərəh və iftixar hissi ilə danışmaq olar.

 

Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsinin milli irsin mühafizəsi üzrə fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz nümunəsi ilə insanları milli irsin əhəmiyyətini və onun millətin mədəni təşəkkülündə rolunu dərk etməyə ruhlandırır. Bu gün Azərbaycan xalqının tarixinin və mədəniyyətinin mühafizəsi, onların inkişafı və dünya ictimaiyyətinə təqdim olunması üzrə böyük işlər həyata keçirilir.

               
           
Xoş gəlmisiniz! Virtual ekspozisiya ilə tanişlıq.

600-dən artıq eksponat

Kolleksiyaya virtual baxiş

«Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir..»

Faktlar

Gömrük skaner SRF-1938-ci, dünyanın ən sürətli və ən doğru 12,5 ton ağırlığında və 2 mərtəbəli var.
[2018-11-16 14:36:51.2900] Starting request /about/museum/customs/: 
                           User-Agent: CCBot/2.0 (https://commoncrawl.org/faq/)
                           Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,*/*;q=0.8
                           Host: museums.createch-group.net
                           Connection: Keep-Alive
                           Accept-Encoding: gzip
                           Post: Array
                           (
                           )
[2018-11-16 14:36:51.3000] Connecting to database `museums_meseums` at 127.0.0.1
                  [0.0012] Connected successfully
[2018-11-16 14:36:51.3000] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `settings` WHERE `name` = 'site' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3000] Running SQL query on `museums_meseums`: 
                           SELECT `title_az` FROM `page` WHERE '' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3000] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `page` WHERE 'about/museum/customs/' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                  [0.0012] 1 rows selected
[2018-11-16 14:36:51.3100] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `page` WHERE 'about/museum/customs/' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                  [0.0004] 1 rows selected
[2018-11-16 14:36:51.3100] Running SQL query on `museums_meseums`: 
                           SELECT `text_az` AS `text` FROM `content` WHERE `name` = 'promo.text.small' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3200] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `museum_pano` WHERE `id` = 5 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3200] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `museum_pano` WHERE `id` = 5 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3200] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `quote` WHERE NOT `selected` ORDER BY RAND() LIMIT 1
                  [0.0024] 1 rows selected
[2018-11-16 14:36:51.3300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `quote_author` WHERE `id` = 1 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `settings` WHERE `name` = 'media' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `media` WHERE `id` = 54 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `fact` WHERE 1 ORDER BY RAND() LIMIT 1
                  [0.0017] 1 rows selected
[2018-11-16 14:36:51.3300] Running SQL query on `museums_meseums`: 
                           SELECT `text_az` AS `text` FROM `content` WHERE `name` = 'customs.facts' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3400] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `media` WHERE `id` = 11 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3400] Running SQL query on `museums_meseums`: 
                           SELECT MAX(`weight`) as `weight` FROM `tag` LIMIT 1
                  [0.0003] 1 rows selected
[2018-11-16 14:36:51.3400] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `tag` WHERE 1
                  [0.0003] 5 rows selected
[2018-11-16 14:36:51.3400] Ending request: 
                           Request processing time: 0.0469 sec