Gömrük tarix muzeyi filialı

               
                   

Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin “Azərterminalkompleks” Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. Birliyin binasında həmçinin, Ümummilli lider Heydər Əliyevin Xatirə Muzeyi də fəaliyyət göstərir və bu muzeyin ekspozisiyası  Ulu öndərin həyat və siyasi fəaliyyətini, xüsusilə müstəqillik illərində Azərbaycan gömrüyünün inkişafı naminə xidmətlərini əks etdirir.

 

Gömrük Tarixi Muzeyi filialının toplusu bir-neçə bolmədən ibarətdir: onun bir qismini müasir rəssamlarımızın Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü: gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır.

 

Muzey kolleksiyasının sayca ən böyük hissəsini  antik əşyalar: ən qədim dövrlərdən son yüzilliyə qədər əhatəli bir zaman kəsiyində yaradılmış sənət inciləri təşkil edir. Ən müxtəlif üslub və cərəyanlarla, texniki göstəricilərlə, əşyaların yarandığı dövrün tarixi, adət və ənənələri, inam və inancları ilə bu sənət nümunələrinin timsalında əyani olaraq tanış olmaq  mümkündür. 

 

Rusiyada XIX əsrdə böyük şöhrət qazanmış Bataşev samovarları, Kuznetsov və Qardner çini qabları, XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropa sənətkarları tərəfindən ustalıqla yaradılmış müxtəlif təsviri və dekorativ-tətbiqi sənət nümunələri muzeyi ziyarət edən hər kəsi heyran qoyur. Şərq incəsənətini təmsil edən e.əv. I minilliyə aid kiçik ölçülü dekorativ heykəllər, tarixin qanlı-qadalı  hadisələrinin şahidləri olan soyuq və odlu silahlar (bu gün onlar ilkin təyinatından tamam uzaqlaşaraq sənət nümunəsinə - muzey eksponatına çevrilmişlər), dekorativ-tətbiqi sənət əsərləri məxsus olduğu xalqın incəsənətini, estetik zövq və yaşam tərzini əks etdirir. Azərbaycan Gömrük Tarixi Muzeyi filialının kolleksiyasında qədim Azərbaycanımızın mədəniyyət və incəsənətini təmsil edə biləcək xovlu və xovsuz xalçalar, məişətdə geniş işlənən misgərlik nümunələri, dövlətçiliyimizin rəmzi olan orta əsrlərə aid qədim sikkələr, zinət əşyaları və s. qorunub saxlanılır.

 

Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik  sistemləri ilə  təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi  görülmüşdür.

 

Muzey mütəmadi olaraq müxtəlif mövzulu sərgilərin, müsabiqələrin və tədbirlərin təşkilatçısı kimi kolleksiyasını təbliğ edir və bu iş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və digər yaradıcı və elmi təşkilatlar, səfirliklər ilə birgə həyata keçirilir.

 

Daim zənginləşən Gömrük Tarixi Muzeyi filialının kolleksiyası respublikamızda və xarici ölkələrdə müxtəlif mövzulu sərgilərdə tamaşaçılara təqdim olunur. Qısa bir müddət ərzində muzey kolleksiyası əsasında formalaşan “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”,“Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından”, həmçinin  “Narkotiklərə YOX deyək” adlı sərgilər yalnız vətənimizdə deyil, həmçinin müxtəlif vaxtlarda Belçika Krallığının paytaxtı Brüssel, İsveçrənin Cenevrə, Avstriyanın Vyana, Fransanın Strasburq, Argentinanın Buenos-Ayres, Rusiyanın Kazan və Yekaterinburq, Amerika Birləşmiş Ştatlarının Los-Anjeles və San Diyeqo şəhərlərində, Vatikan dövlətində, Makedoniyada  böyük uğurla nümayiş olunmuşdur.

 

P.S. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin Beynəlxalq Muzeylər Şurasının (İCOM) iclaslarında fəal iştirakına, "gənc" muzeyin uğurlarına, təşkil edilmiş beynəlxalq miqyaslı sərgilər haqqında müsbət rəylərə istinad edərək  Gömrük Tarixi Muzeyinin Beynəlxalq Muzeylər Şurasına (İCOM) daxil edilməsi məqsədilə   Dövlət Gömrük Komitəsi Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyevaya 01.08.2013-cü il tarixində yazılı müraciət etmişdir.

               
           
Xoş gəlmisiniz! Virtual ekspozisiya ilə tanişlıq.

600-dən artıq eksponat

Kolleksiyaya virtual baxiş

«Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir..»

Faktlar

Gömrük skaner SRF-1938-ci, dünyanın ən sürətli və ən doğru 12,5 ton ağırlığında və 2 mərtəbəli var.
[2019-04-24 22:58:50.2200] Starting request /about/museum/customs/branch/: 
                           User-Agent: CCBot/2.0 (https://commoncrawl.org/faq/)
                           Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,*/*;q=0.8
                           Accept-Language: en-US,en;q=0.5
                           Host: museums.createch-group.net
                           Connection: Keep-Alive
                           Accept-Encoding: gzip
                           Post: Array
                           (
                           )
[2019-04-24 22:58:50.2300] Connecting to database `museums_meseums` at 127.0.0.1
                  [0.0007] Connected successfully
[2019-04-24 22:58:50.2300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `settings` WHERE `name` = 'site' LIMIT 1
                  [0.0002] 1 rows selected
[2019-04-24 22:58:50.2300] Running SQL query on `museums_meseums`: 
                           SELECT `title_az` FROM `page` WHERE '' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                  [0.0002] 1 rows selected
[2019-04-24 22:58:50.2300] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `page` WHERE 'about/museum/customs/branch/' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                   [0.002] 1 rows selected
[2019-04-24 22:58:50.2400] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `page` WHERE 'about/museum/customs/branch/' REGEXP CONCAT('^', `url`, '$') LIMIT 1
                  [0.0004] 1 rows selected
[2019-04-24 22:58:50.2500] Running SQL query on `museums_meseums`: 
                           SELECT `text_az` AS `text` FROM `content` WHERE `name` = 'promo.text.small' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2500] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `museum_pano` WHERE `id` = 13 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2500] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `museum_pano` WHERE `id` = 13 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2500] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `quote` WHERE NOT `selected` ORDER BY RAND() LIMIT 1
                  [0.0023] 1 rows selected
[2019-04-24 22:58:50.2600] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `quote_author` WHERE `id` = 1 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2600] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `settings` WHERE `name` = 'media' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2600] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `media` WHERE `id` = 54 LIMIT 1
                  [0.0009] 1 rows selected
[2019-04-24 22:58:50.2600] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `fact` WHERE 1 ORDER BY RAND() LIMIT 1
                  [0.0015] 1 rows selected
[2019-04-24 22:58:50.2700] Running SQL query on `museums_meseums`: 
                           SELECT `text_az` AS `text` FROM `content` WHERE `name` = 'customs.facts' LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2700] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `media` WHERE `id` = 11 LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2700] Running SQL query on `museums_meseums`: 
                           SELECT MAX(`weight`) as `weight` FROM `tag` LIMIT 1
                  [0.0003] 1 rows selected
[2019-04-24 22:58:50.2700] Running SQL query on `museums_meseums`: 
                           SELECT * FROM `tag` WHERE 1
                  [0.0003] 5 rows selected
[2019-04-24 22:58:50.2700] Ending request: 
                           Request processing time: 0.0467 sec